Tarix Əliyevin aparıcılıq etdiyi “Hər şey daxil” verilişində maraqlı anlar yaşanıb.

Minval.info xəbər verir ki, Tolik qonaqlarına “Ən çox pulu hansı əşyaya, geyimə, aksesuara vermisiniz” sualı ünvanlayıb. Bu zaman müğənni Nurlan Növrəsli ən bahalı geyiminin pencək olduğunu və ona 1000 manat verdiyini deyib.

Modelyer-dizayner Zümrüd Mirzəliyeva aksesuar sevdiyini və ən çox pul verdiyi əşyasının üzük olduğunu deyib. O, həmin üzüyə 10 min dollar ödəyib.

Aktrisa Zümrüd Bədəlova isə 2500 dollar ödəyərək xaricdən brend bir saatı aldığını deyib.

Müğənni Günay İbrahimli isə saat üçün 13 min manatından keçib.

Damla

Minval.info