Müğənni Yaşar Cəlilov ikinci dəfə nişanlanıb.

Minval.info-un əldə etdiyi məlumata görə, o, Nigar adlı xanımla iyunun əvvəllərində nişan üzüklərini taxıb. Cütlük yeni açılan xəstəxanaların birində tanış olub.

UNEC-i bitirən Nigar yeni açılan xəstəxanaların birində çalışır, anası ilə xəstəxanaya gedən Cəlilov gələcək həyat yoldaşı ilə orada tanış olub. Sentyabr ayında toy etməyi planlayan cütlük üçün iki məclis qurulacaq. Onlardan biri qohumlar, digəri şou-biznes  əhli üçün nəzərdə tutulub.

Qeyd edək ki, Yaşar Cəlilov 2015-ci ildə ilk dəfə nişanlanıb. Cütlük  qısa müddət sonra ayrılıb.

Minval.info