Gənc azərbaycanlı model Turanə Əliyeva ötən gün doğum gününü qeyd edib. 

Minval.info xəbər verir ki, model ad günündə qonaqlarına sürpriz hazırlayıb. O, öncədən hazırlaşdığı rəqs qrupu ilə birlikdə səhnəyə çıxıb və rəqs edib.

Öz rəqsini “instagram” hesabında paylaşan model tənqid atəşinə tutulub. Tənqidlərdən sonra model videonun şərh hissəsini qapatmalı olub və bunları yazıb:

“Ad günümdə qonaqlarım üçün maraqlı bir şey etmək istədim. Mən rəqqasə, müğənni deyiləm. Sadəcə fərqli olmağı sevirəm. Pis fikirlərinizi özünüzə saxlasanız sevinərəm. Məni bəyənməyən blok etsin, baxmasın”.

Minval.info