Kamil Zeynalov İstaqram səhifəsində onu təhqir edən şəxslə görüşmək üçün Türkiyəyə gedib.

Milli.Az xəbər verir ki, bu barədə “Hər şey daxil”də aparıcı-prodüser Tarix Əliyev (Tolik) bildirib.

Kamilin qonağı olduğu verilişdə prodüser efirdə sözügedən olayla bağlı bunları deyib:

“Kimsə dava etmək istəyirsə, Kamilin səhifəsinə mütləq nə isə yazır. Çünki bilir ki, Kamil iki dünya bir olsun ona cavab verəcək, istəyir dünya dağılsın! Buradan Türkiyəyə getdi bu adam. Zəng vurdum hardasan, axşamdı, dedi gedirəm İstanbula. Nə var-nə var bir kəlmə aralarında problem var”.