Ukraynanın Luqansk vilayətinin Slavyanoserbski rayonu ərazisində azərbaycanlı iş adamı ailəsi ilə birlikdə faciəvi şəkildə ölüb.

Minval.İnfo report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Xaçmaz rayonundan olan 1971-ci il təvəllüdlü Sübahir Qulu oğlu Həsənov şəxsi avtomobilində ailəsi ilə birgə yaşadığı rayon istiqamətində hərəkət edərkən qəflətən avtomobili partlayıb.

Partlayış səsinə yaxınlıqdakı insanlar köməyə gəlsələr də, avtomobildəkiləri yanğından xilas etmək mümkün olmayıb. Nəticədə azərbaycanlı iş adamı, bir övladı və həyat yoldaşı yanaraq ölüb.

S.Həsənov Luqanskda kənd təsərrüfatı biznesi ilə məşğul olub.