Azərbaycanlı gənc avtomobil dizayneri Samir Sadıxovun əməkdaşlıq etdiyi Hyundai şirkətinin premium subbrendi olan Genesis markası üçün dizayn etdiyi avtomobili təqdim edilib.

Bu barədə tanınmış rus avtobloger Alan Enileyev özünün “İnstagram” hesabında paylaşım edib.

Uzun illərdir avtomobil dizayneri kimi çalışan Samir və həmkarı Arseninin birgə ərsəyə gətirdiyi avtomobil “Genesis Mint” adlanır.

ABŞ-ın Nyu York şəhərində avtomobil həvəskarları üçün təqdim olunan yeni konsept böyük maraq cəlb edib. Mühərriki elektriklə çalışan “Genesis Mint” tam enerji ilə 200 mil məsafəni qət etmək imkanına malikdir. Baku.ws