Rusiyada yaşayan azərbaycanlı jurnalist Nazilə Həsənzadə vəfat edib.

News24.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 35 yaşlı jurnalist dünən həyatla vidalaşıb.

“Aeroport Perm” jurnalının əməkdaşı olan jurnalist ötən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin baş ağrıları tutub və təcili şəkildə geriyə – yaşadığı Perm şəhərinə geri dönüb.

Səhəri gün komaya düşüb və 15 gündən sonra komadan ayılmadan bu dünya ilə vidalaşıb.