Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.

“Report”un məlumatına görə, o, avqustun 16-dan 18-dək çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turnirinin görüşlərini idarə edəcək.

Bu mərhələnin oyunları İtaliyanın Katanya şəhərində keçiriləcək.