“Vicdan haqqı” serialı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova təcili əməliyyat olunub.

Minval.info xəbər verir ki, aktrisa bu haqda şəxsi hesabında məlumat verib. O, halının qəfildən pisləşdiyini və Mərkəzi Klinikada əməliyyat olunduğunu deyib. Aktrisa əməliyyatın uğurlu keçdiyini və özünü yaxşı hiss etdiyini də əlavə edib.

Qeyd edək ki, Ç.Sultanova son günlər geyimləri və paylaşımları ilə gündəmdədir.