Almaniyanın Magderburg şəhərinə daimi yaşamaq üçün köçmüş azərbaycanlı ailə deportasiya olunub.

“Report”un məlumatına görə, əslən Azərbaycanın Astara rayonundan olan Ukrayna vətəndaşı Əliyev Baloğlan Şirməmməd oğlu həyat yoldaşı və 3 azyaşlı uşaqları ilə birlikdə artıq Berlindən Ukraynaya yola salınıb.

Onların hansı səbəbdən ölkədən çıxarılması açıqlanmayıb.

Azərbaycanlı ailə qərarla bağlı məhkəməyə şikayət etsə də, miqrasiya orqanları onların ölkədə qalmasına imkan verməyib.