Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.

Saxalindəki Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub. Mərhum intihar etməmişdən öncə məktub yazıb. E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilib.

Minval.info