Azərbaycanın ən yaşlı çobanı Tovuzda yaşayır.


İsmayılov Fərman Seyidəli oğlu 1927-ci ildə Tovuz rayonun Ağdam kəndində dünyaya göz açıb və burada da yaşayır. Onun 9 övladı var.

Minval.İnfo xəbər verir ki, Fərman kişinin dörd oğlu, beş qızı, 70-dən çox nəvəsi, 45 nəticəsi, 5 kötücəsi var. 91 yaşlı çoban təsərrüfatında 200-dən çox xırdabuynuzlu heyvan saxlayır. Deyir ki, ağlı kəsəndən çobanlıq edir.

Hər sabah yapıncısını geyinib, papağını qoyub, ağ atına da minib gün batanadək heyvan otarır. Deyir ki, nə qədər gücü var çobanlığa davam edəcək.

Ona bu işdə böyük oğlu və həyat yoldaşı köməklik edir. Çöldə isə atı və sadiq dostları olan itlər köməyinə çatır. Fərman dayının sözlərinə görə, o, Azərbaycanın hər yerini gəzib.

Ən böyük arzusu isə işğalda olan torpaqlarımızı azad görməkdir. Söhbətimizin davamına video sayəsində baxa bilərsiniz.

Cümşüd Məmmədov

Tovuz

Minval.info