“Best Model of Azerbaijan 2018” müsabiqəsinin finalçıları məlum olub.

Oxu.Az xəbər verir ki, ən kiçik finalçının yaşı 16, ən böyük finalçının yaşı isə 30-dur.

Münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, şair Zəhra Bədəlbəyli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, iş xanımı Ruhi Əliyeva, modelyer Afaq İsmayılzadə, xoreoqraf Syama Həsənova və başqalarının yer aldığı yarışmada 60 nəfər finala keçib.

Final tarixi bəlli olmasa da, tədbirin aparıcısı Samir Bayramlıdır.

Layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, icraçı direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanovadır.