Azərbaycan Parlamentinin sabiq deputatı vəfat edib

Azərbaycan parlamentinin sabiq deputatı Rəfail Səmədov dünyasını dəyişib.

Minval.İnfo report-a istinadən xəbər verir ki, R.Səmədov bu gün səhər saatlarında Sumqayıt şəhərində vəfat edib.

R. Səmədov 1985-1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!