“Bacarıqlı övlad yetişdirmək üçün nə etmək lazımdır?”

“Facebook” qurulan ilk vaxtlarda oğluma məsləhətlər verirdim”

Edvard J. Zukerberq – 30 ildən çoxdur ki, diş klinikasında ən müasir texnologiyaların inteqrasiyası və “Ağrısız” diş həkimliyi ilə bağlı texnologiyaların inkişafı sahəsində liderdir. Diş həkimliyi ilə bağlı konfranslarda çıxış edərək diş həkimliyində yeni texnologiyaların inkişafına çalışır.  Diş həkimliyi ilə bağlı sosial media təcrübələrini bölüşərək bu sahənin inkişafına töhfə verir. Rəqəmsal marketinqin imkanları və sosial mediadan necə istifadə edilməsi ilə bağlı diş həkimlərinə yerli və beynəlxalq mühazirələr keçir. Sosial media vasitəsi ilə xəstə və həkimlər arasında əlaqələrin necə qurulması, online marketinqlə bağlı təcrübələrini bölüşür.

-Nyu-York şəhərində anadan olub, təhsil alıb. 1978-ci ildə Nyu-York Diş Həkimliyi Kollecinin məzunu olub. 40 ilə yaxındır ki, lisenziyalı diş həkimidir. 4 övladı, 6 nəvəsi var.

 

“Facebook” sosial şəbəkəsinin rəhbəri, milyarder iş adamı Mark Zukerberqin atası, diş həkimliyi sahəsində ilklərə imza atmış həkim   Edvard J. Zukerberq eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb.  Dünyanın ən zəngin və şöhrətli Zukerberq ailəsinin başçısı Edvard Zukerberq müsahibə zamanı Azərbaycan, Bakı ilə bağlı da fikirlərini bölüşüb:

-Artıq uzun illərdir ki, “Ağrısız” Diş Həkimliyi sahəsi ilə məşğul olursunuz. İlk dəfə Diş klinikasında ən yeni texnologiyaların tətbiqinə məhz siz başlamısınız. Həmin vaxtları necə xatırlayırsınız? Dr. Edvard Zukerberqi daha yaxından tanımaq istərdik.

-Hər zaman texnologiyalara heyran olmuşam. Ən son texnologiyaların hər birindən istifadə etmişəm. Həmkarlarımdan öncə çox yaxşı təcrübə keçdim, çalışdım. Əslində mən bir iz açdım. Bütün ofisimi 1985-ci ildə ilk IBM PC XT ilə kompiterləşdirdim.  Bu 10 MB-lıq sadə bir maşın idi. 512K RAM və DOS əməliyyat sistemi. Həmin vaxt mənim həmkarlarımın bir çoxu tapşırıqları tamamlamaq üçün kitab kağızları və formlardan istifadə edirdilər.

                   

“Mən də  bir iz açdım”

-Tezliklə mən xəstələrin ağzında şəkillər çəkmək üçün intraoral kamerlardan istifadə etməyə başladım. Və xəstələrin ağzındakı vəziyyəti əks etdirən şəkilləri televizor ekranında onların özlərinə nümayiş etdirdim. İndi bu adi bir şeydir. Amma 1980-ci illərin sonunda Diş Həkimliyi Ofisində iz açan bir texnologiya idi.

-“Ağrısız” Stomatologiya nədir? Diş həkimliyi sahəsində daha hansı ilklərin müəllifisiniz?

-1990-cı illərin əvvələrində hava aşındırma texnologiyasından istifadə etdik. Bir çox “Dental fobya”sı olan xəstələrin istifadəsinə təqdim etdik. Kiçik boşluqları alətlərdən istifadə etmədən müalicə etmək üçün çox yaxşı üsuldur. Xüsusi ilə balaca uşaqların müalicəsi üçün əla metod idi.

1990-cı illərin sonlarında ilk dəfə olaraq məhz mənim ofisimdə Digital X- şüalarından istifadə etdik. Bu mənim ofisimdə baş tutmuş ilklərdən biri idi.

               

“Kağızdan imtina etdim”

-2005-ci ildə kürəkənimlə birlikdə daha bir sistemi inkişaf etdirdim. Bütün cədvəllərimizi, yazılarımızı rəqəmsallaşdırdıq və praktik olaraq bütün  kağızları ofisimizdən çıxardıq.

2008-ci ildə ilk dəfə olaraq CAD/CAM təklif etdik.  Həmin gün tac (plomb), dişüstü örtük, “inlay/onlay” bərpalar üçün texnologiyalar üzərindəki işlərimizi tamamladıq.

– Siz nə vaxtdan bəri sosial mediaya maraq saldınız?

-Oğlum Mark 1996-cı ildə, 12 yaşında mənim ofisimdə kompiterləri çalışdıran bir proqram yazdı. Bu proqram vasitəsi ilə ofisimizdəki işçi heyətimiz bir-biri ilə əlaqə saxlayıb, danışa bilirdilər.

“Zucknet” adlanan bu proqram həqiqətən dünyanın ilk Sosial Mediası idi”

-Sosial medianın insanların həyatındakı rolu ilə bağlı nə düşünürsünüz? “Painless Dr. Z.” haqqında bilmək istərdik. Həmin vaxtları necə xatırlayırsınız?

-Xəstələrimə rahat və yaxşı müalicə təqdim etmək bacarığıma görə mənim adımın önünə “Painless” (Ağrısız) sözünü əlavə etdilər. Yəni ki, “Painless Doktor Zukerberq” (DRZ).

(Edvard Zukerberq, həyat yoldaşı Karen, qızı Randi və kürəkəni)

Psixoloq olan həyat yoldaşım Karen dişlə bağlı fobyası olan xəstələrimi ağrısız müalicə etmək üsullarını inkişaf etdirməklə bağlı mənə çox kömək etdi. Beləliklə biz diş həkiminə getməklə bağlı böyük qorxu və narahatlıqları olan bir çox xəstələri ofisimizə cəlb etdik və ağrı-acısız onları müalicə edirik.

“Sosial media ilə bağlı məsuliyyəti öz üzərimə götürdüm”

-Sizin bütün fəaliyyətiniz ən son texnologiyalar ilə bağlıdır. Hazırda diş həkimliyində  ən yaxşı texnologiyalar hansılardır? “Painless Social Media” ilə bağlı fikirlərinizi bilmək istərdik.

-Bu mənim ikinci və hazırkı kariyeramdır. Diş həkimliyi üzrə məsləhətçi, Diş Həkimliyi  üzrə Təşkilatlar və Diş Həkimliyi Texnologiyaları üzrə startup biznesləri. Qeyd edim ki, Sosial media vasitələrindən istifadə üsulları diş həkimləri üçün çox çətin idi. Beləliklə mən bu məsuliyyəti qəbul etdim və “Painless Social Media” işini həyata keçirməyə başladım.

“Hazırda yarım gün ərzində diş həkimliyi ilə məşğul oluram”

-“Facebook” səhifələrini özünüz idarə edirsiniz?

-Artıq mən köhnə Dişçilik ofisimin “Facebook” səhifəsini idarə etmirəm. Amma xoşbəxtlikdən Einstein Medical bunu mənim üçün edir. Çünki mən hazırda çox az vaxt ərzində diş həkimliyi ilə məşğul oluram.

Bununla yanaşı mənim gündəlik konsultasiyalar səhifəm də mövcuddur. Bu da diş həkimlərinə öz sosial media fəaliyyətlərini idarə etmək üçün kömək edir.

“Nəvələrimlə vaxt keçirməyi sevirəm”

-Ailəniz haqqında bilmək istərdik. Gündəlik nə ilə məşğul olursunuz?

-Hazırda diş həkimlərinə və yeni başlayanlara  konsultasiyalar keçirəm. Startup-larla bağlı mühazirələr keçirəm. Müqavilələr üzərində çalışıram.

Həmçinin fotoqrafiya, yerimək, səyahət etməkdən zövq alıram.

“Həyat yoldaşım, 6 nəvəm və işdə məğul olmayan 4 övladımla çoxlu vaxt keçirməkdən zövq alıram”.

 

“Övladlarımıza dəstək olduq”

-Edvard Zukerberq valideynlərə hansı məsləhətləri verə bilər?

-Bir çok insan məndən soruşur ki, bacarıqlı övlad yetişdirmək üçün nə etmək lazımdır. Söyləyə biləcəyim tək söz budur ki, həyatda hər şeydən çox iş yerində daha çox zaman keçirməlisiniz. Hansı ki, həmin işdən zövq alırsınız.

Biz övladlarımıza həyatda öz sevdikləri yerləri tutmaları üçün icazə verməyə çalışdıq. Və maraqlarına uyğun kariyeralarını qurmaları üçün onlara dəstək olduq və təşviq etdik.

-“Facebook” necə quruldu? “Facebook”un qurulmasında sizin rolunuz nə olub?

-“Facebook”un inkişafında mənim birbaşa rolum olmasa da, ilk vaxtlar oğluma məsləhətlər verən şəxs kimi xidmət etmişəm. Amma onun ən yaxşı etdiyi şeylərdən biri isə özünün ətrafına böyük məsləhət verən şəxsləri toplamasıdır. Onların məndən çox texnologiya ilə bağlı təcrübələri var.

-Mark Zukerberqin uğurunun sirləri nədir?

-O, uğurlu bir biznes modeli qurmaq üçün mentor-ların gücündən istifadə etdi. Özünün daxilinamı və şəxsi bacarıqlarından istifadə edərək möhtəşəm bir biznes modeli təqdim etdi.

-Ailənizdə sizin yolunuzu davam etdirən varmı? Nəvələrinizin gələcəkdə diş həkimi olmasını istəyirsinizmi?

-Övladlarımın heç biri diş həkimi olmasa da, nəvələrimdən birinin  bu peşə ilə məşğul olmasını məmnuniyyətlə qarşılayaram. Əsas odur ki, onlar öz sevdikləri iş ilə məşğul olsunlar.

(Edvard Zukerberq həyat yoldaşı, oğlu və gəlini ilə birlikdə)

-Sonda Azərbaycan, Bakı haqqında düşüncələrinizi bilmək istərdik. Bakıya səfər etmək istərdinizmi?

-Mən heç vaxt Azərbaycanda olmamışam. Amma gələcəkdə bir dəfə ora baş  çəkməyi çox istərdim. (HafizTimes.com)