Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, təkanlar yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ hiss olunub.

Bununla bağlı Zaqatala MR Xəstəxanasına 5 nəfər müraciət edib.

Onlardan ikisi – Göyəm kənd sakini 1992-ci il təvəllüdlü Osmanova Ayşə Hacıməmməd qızı və Hüseynova Hürüney Ramazan qızı yüngül travma, üçü isə – şəhər sakinləri 1987-ci il təvəllüdlü Hüseyinova Saqibət Mayis qızı, 1960-cı il təvəllüdlü Pirəliyeva Sürəyya Cuma qızı və 1990-cı il təvəllüdlü Məmmədova Gülnarə Əli qızı stress, həyəcan və qorxu əlamətləri ilə daxil olub.

Xəstələrə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

qafqazinfo.az