Azərbaycanda yeni TV və radio açıla bilərXalq artisti Emin Ağalarov ötən gün baş tutan “Jara-2019” musiqi festivalının “Pre-Party”sində media nümayəndələrinin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, sənətçi gələcəkdə Azərbaycanda “Jara” radiosu, həmçinin, “Jara TV” açmaq niyyətində olduğunu dilə gətirib.

Ağalarov bildirib ki, telekanal və radio yalnız Azərbaycan dilində fəaliyyət göstərəcək və “Jara” mükafatı məhz, yerli ulduzlara veriləcək.

Qeyd edək ki, “Jara” musiqi festivalı 25-28 iyul tarixlərində keçiriləcək.