Azərbaycanda videobloger canından olacaqdı.

Sosial şəbəkədə videoları ilə məşhurlaşan Pərvin Cəfərzadənin sonuncu çəkilişi ona baha başa gələcəkdi.

Minval.info xəbər verir ki, o, növbəti dəfə maraqlı paylaşım etmək üçün yeni video hazırlamaq istəyib. P.Cəfərzadə ağacın budağının üzərində oturub və həmin budağı mişarla kəsib. O, bir əli ilə kənardakı dəmir parçasından tutaraq özünü saxlamaq istəyib. Lakin dəmir parça qırıldığından özünü saxlaya bilməyib və hündürlükdən yerə çırpılıb.

Bəxt Pərvin Cəfərzadənin üzünə gülüb və bu hadisədən ciddi xəsarət almayıb.

Sani / Minval.info