Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlərə hökm oxunub.

“Minval.info” “ONA”ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər – Mərkəzin direktoru Telman Məmmədhəsənov 4 il, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Mərkəzin şöbə müdiri Afət Məmmədovaya isə şərti cəza verilib.