Qadın xəstəlikləri və doğum uzmanı Olcay Turgut “LuViva” cihazı haqqında məlumat verib.

İnkişaf etmiş ölkələrdə uşaqlıq boynu xərçəngindən ölüm riski 8-ci sırada, inkişafda olan ölkələrdə isə 2-ci sıradadır. Uşaqlıq boynu müayinəsinin mütamadi olaraq aparılması ölüm riskinin qarşısını alır.

Azərbaycanda yalnız Baku Medical Plazada tətbiq edilən bu yeni texnologiya sayəsində dünyada ən çox yayılmış uşaqlıq boynu xərçəngini 2 ilə qədər daha erkən aşkarlamaq mümkündür.

Niyə LuViva?

Normalda 70 faiz nəticə verən testlərdən fərli olaraq LuViva 99 faiz nəticə verir. Bunun üçün 10-15 gün gözləməyə də ehtiyac yoxdur. LuViva eyni anda ( 1 dəqiqəyə ) nəticə verir. Qeyri-invaziv, ağrısız və sürətli bir üsuldur.

LuVivanın başqa əsas üstünlüyü nədir?

LuViva endoserviks deyilən uşaqlıq boynundan uşaqlıq yoluna gedən hüceyrələri dəyərləndirir və buradan xərçəng hüceyrələrini təsbit edir.

Hansı qadınlar LuViva olunmalıdır?

Əsas kritik nöqtə budur. Məqsəd xəstəlik yaranmadan onu aşkar etmək olduğu üçün hər qadın evləndikdən sonra 2 ildən bir bu testi etdirməlidir.

Bizim məqsədimiz xərçəngə çevrilə biləcək hüceyrələri erkən mərhələdə müəyyənləşdirərək  xəstəliyi əngəlləməkdir.

Luviva necə tətbiq olunur?

 Pasient ginekoloji müayinə mövqeyinə alınır və spekulum (ginekoloji güzgü) vaginaya yerləşdirilir. Kalibrləmədən sonra “Servikal Guide” spekulumun içindən keçirilərək uşaqlıq boynuna yüngülcə təması təmin edilir.

 DySIS Map unikal texnologiyası isə bütün uşaqlıq boynunda yaranan patologiyanı ölçür və həkimlərə məlumatın tam və dəqiq xülasəsini bir xəritə şəklində təqdim edir. 1-2 dəqiqə davam edən tarama əsnasında əldə edilən nəticələr avtomatik təhlil edilir və  məlumatlar sürətli bir şəkildə ekranda göstərilir. Nəticələr xəstənin yanında qiymətləndirilir, lazım olarsa müalicə məqsədli digər prosedurlar üçün dərhal qərar verilir.

Həkimlə əlaqə üçün: 055 462 01 71