Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub.

Bu barədə xeberle.com-a məlumata verən SDU-nun mətbuat katibi Nazxanım Cəlilli bildirib ki, hadisə 15:30 radələrində baş verib:

“Əslində kənarında çat əmələ gəldiyi üçün giriş bağlanılmışdı və tələbələrin oradan keçməməsi üçün nəzarət edilirdi. Hətta həmin girişin təmiri üçün müraciət də olunmuşdu. Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan çöküb, yararsız vəziyyətə düşüb. Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. Müvafiq strukturlara məlumat verilib.Tələbələr binaya daxil olmaq üçün digər girişlərdən istifadə edirlər. Aidiyyəti qurumlara müraciət edilib və məsələ tezliklə həll ediləcək”.