Şirvan rayonunda keçirilən toy mərasimində bir nəfərin ürəyi dayanaraq ölüb.
Minval.info “Report”a istinadən bildirir ki, hadisə Şirvanda fəaliyət göstərən şadlıq saraylarından birində qeydə alınıb.
İlkin məlumata görə, toya gələn 1973-cü il təvəllüdlü Salyan şəhər sakini Zeynalov Mahir Rizvan oğlu mərasimdə oynayan zaman qəfil ürəyi dayanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec olub.
Faktla bağlı araşdırma aparılır.