Qusar rayonunda qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata, hadisə rayonun Gədəzeyxur kəndində qeydə alınıb.  Kənddə keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəbəyov Səlim Balabəy oğlu şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb.  İ. Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.