Aparıcı Humay Muxtarovanın adından insanların aldadıldığı bildirilir.

Minval.info xəbər verir ki, məşhur özü bu barədə sosial media hesabında məlumat yayıb. H.Muxtarova bildirib ki, onun adından “Facebook”da səhifə açılıb və fırıldaqçılıqla məşğuldur.

“Mən yalnız “İnstagram”dan istifadə edirəm. Adımdan “Facebook”da səhifə açılıb. Gündəlik paylaşdığım şəkilləri və videoları oğurlayıb orada yerləşdirirlər. Camaatdan 10 manatlıq danışıq kartı göndərmələrini istəyirlər. Bu səhifə barədə yaxın dostlarım mənə məlumat verdi. Bundan sonra polis idarəsinə ərizə ilə müraciət etmişəm”.

Humay Muxtarova həmin şəxsə mesaj göndərib: “Hər kimsənsə səni onsuz da tapacaqlar. Ayıb olsun. İnsan nə qədər alçaq, şərəfsiz olar ki, belə hərəkət etsin. Mən “Facebook”a da rəsmən şəklimi və vəsiqəmi göndərmişəm ki, həmin səhifəni bağlasınlar. Heç kəs inanmasın”.