Son 12 ildə Azərbaycanda sonsuz qadınların sayı təqribən iki dəfə artıb.

Minval.info məlumatına görə, 2005-ci ildə Azərbaycanda 1 117 nəfər qadın ilk dəfə qadın sonsuzluğu diaqnozu ilə qeydə alınıb.

2011-ci ildə bu rəqəm 1 776, 2014-cü ildə 2 294, 2015-ci ildə 2 314, 2016-cı ildə 2 208, 2017-ci ildə 2 097 olub.

Hər 100 000 nəfər qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınan qadınların sayı 2011-ci ildə 26,3 nəfər, 2014-cü ildə 48,5 nəfər, 2015-ci ildə 48,4, 2016-cı ildə 45,7, 2017-ci ildə 43 nəfər olub.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan Trend-ə bildirilib ki, Azərbaycanda son zamanlar süni mayalanma halları artıb. Bunun səbəbi sonsuzluğun çoxalması ilə izah edilir.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 7 368, 2012-ci ildə 7 575, 2013-cü ildə 7 972, 2014-cü ildə 6 840, 2015-ci ildə 6 950, 2016-cı ildə isə 6 146, 2017-ci ildə 6 444 uşağı olmayan ailədə boşanma qeydə alınıb.

Uşağı olmayan ailələrdə boşanmaların sayı 2000-ci illərin əvvəllərində ümumilikdə bütün boşanmaların yarıdan çoxunu təşkil edib.

2000-ci ildə ölkədəki 5 478 boşanma hadisəsinin 3 545-i, 2005-ci ildə 8 895 boşanma hadisəsinin 5599-u, 2010-cu ildə 9 061 boşanma hadisəsinin 5527-i uşaqsız ailələrin payına düşüb. Son illər ərzində ölkə üzrə boşanma hadisələrinin sayı həmin dövrlərlə müqayisədə xeyli artsa da, ümumi boşanmaların sayında uşaqsız ailələrin çəkisi azalıb.