“Gecə qara, cücə qara” prinsipi işləyən iki müəssisə aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi Abşeron rayonu, Masazır qəsəbəsində qanunsuz toyuq kəsimi ilə məşğul olan iki müəssisə aşkarlayıb. REAL TV-nin məlumatına görə, onların fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmanın nəticələrinə görə, müəssisələr 02.00-07.00 radələrində qanunsuz fəaliyyət göstərir və emal olunan olunan toyuq əti müxtəlif ticarət şəbəkələrinə kənd toyuğu adı altında satılır.

Minval.info