Rəqsanə adlı adaş qadınlar küçənin ortasında dalaşıb.

Minval.info xəbər verir ki, Şəmkirdə baş verdiyi deyilən hadisədə iki qadın bir-biri ilə saçyolduya çıxıb. Buna səbəb kimi hər ikisinin bir kişini sevməsi göstərilir. Belə ki, Rəqsanələr oğlana görə küçənin ortasında dalaşıblar.

Onlar ətrafda olan insanların müdaxiləsindən sonra davaya son qoyublar.

Hər ikisinin yüngül bədən xəsarətləri aldığı bildirilir.

Davanının bu yaxınlarda baş verdiyi söylənilir.

Hadisədən məlumatlı şəxslərin iddiasına görə, onların uğrunda dalaşdığı kişi başqa qadınla ailə qurub.

Minval.info