Tovuzda “Son zəng” tədbirində ölüm hadisəsi baş verib.

Minval.info-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.

Minval.info