Bakı-Qazax avtomobil magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində Gəncə sakini, 1971-ci il təvəllüdlü Tanrıverdiyev Arzu Camal oğlunun idarə etdiyi “Volkswagen” markalı 99 SF 710 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.

APA-nın məlumatına görə, nəticədə sürücü və avtomobildə olan sərnişin – Gəncə sakini, 1957-ci il təvəllüdlü Hüseynov Tahir Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.