İmişli rayonunda meyit tapılıb.

“Report” xəbər verir ki, səhər saatlarında rayonun Şahverdilər kəndi ərazisində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

Bu, əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Hazırda ərazidə müayinə işləri aparılır. Faktla bağlı araşdırma aparılır.