“Anasının boğazını kəsib, hamını öldürmək istəyib”

Minval.info xəbər verir ki, Daşkəsən rayonu, Tapan kəndinin 15 yaşlı sakini Aytac Bağırova atası Firdovsi Bağırovun öz valideynlərini öldürməyə cəhd etdiyini qeyd edib. Daşkəsənə yollanan çəkiliş qrupu dəhşətli mənzərəylə üzləşiblər. Aytacın dediyi kimi, F.Bağırov öz valideynlərini, həmçinin övladlarını və həyat yoldaşını öldürməyə cəhd edib.

Məlum olub ki, bundan öncə bir dəfə məhkumluq həyatı yaşamış F.Bağırov hazırda Daşkəsən meşələrində gizlənir. Ailə isə qorxudan qohumların evinə sığınıb. F.Bağırov qızına və həyat yoldaşına xəbər göndərərək, onları öldürməyənə qədər sakitləşməyəcəyini söyləyib.

Bütün hadisə də adi mübahisədən sonra baş verib.

Daha ətraflı videoda:

Minval.info