“İbadət evi insanların köməkliyi ilə tikilmişdi. Camaat balasının boğazından kəsmişdi”

Minval.info xəbər verir ki, Yevlax rayonunun Aran qəsəbəsində yerləşən məscid dağıdılıb.

Bu barədə məlumat verən qəsəbə sakinləri bildirib ki, məscid əvvəllər təmirsiz olub. Sonra sakinlərin hesabına yenidən bərpa olunub.

Hadisənin iki gün öncə baş verdiyi qeyd edilir.

“Qəsəbədə 3 kənd var. Aran qəsəbəsi salınandan burada azan səsi verməyə icazə yoxdur. Elə bil müsəlmanlar deyil, xristianlar yaşayır burada. Məscid kimlərinsə yerin dar edir. İbadət evi insanların köməkliyi ilə tikilmişdi. Camaat balasının boğazından kəsmişdi”, – onlar söyləyib.

Qəsəbə sakinləri məsələnin ictimailəşdirilməsini və müvafiq orqanların bununla bağlı tədbir görməsini istəyirlər.

Məscidin sökülməsinə səbəb kimi qeydiyyatsız olmasının göstərildiyi qeyd edilir.

Samir Mirzə / Minval.info