Qax rayonunda intihar məqsədilə özünü asan qadını həyat yoldaşı xilas edib.

Minval.info “Report”-a istinadən xəbər bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Əmbərçay kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü M. M. intihar etmək məqsədilə özünü asıb. Qadını asılı vəziyyətdə görən həyat yoldaşı onu xilas edib və dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

M.M.-ə ilkin tibbi yardım göstərilib, həkimlərin müdaxiləsindən sonra vəziyyəti normallaşıb. O, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər intihara cəhd edən qadının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

 

Minval.info