Bərdə inşaat materialları mağazaların birində kassir işləyən şəxs oradan 340 min manat pul oğurlayıb.

“Minval.İnfo” DİN-ə istinadən xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşmüş, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.

O, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.