Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1979-cu il təvəllüdlü yerli sakin Quliyev Vüqar Ənvər oğlu Mehdi Hüseynzadə adına stadionun yaxınlığında şəxsi meyvə-tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb.

O, Sumqayıt şəhər TTYX-ya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti Sumqayıt şəhər morquna təhvil verilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.