Azərbaycada “SOEL” Parfüm şirkətinin hazırda 47 mağazası fəaliyyət göstərir. Müştəri məmnuniyyətini artırmaq məqsədilə davamlı olraq vaxtaşırı kampaniyalar keçiririk. Növbəti belə işlərimizdən biri avqust ayının 1-dən sentyabrın 30-na qədər 2 ay müddətində davam edib.

Bu sözləri minval.info-ya Elmir Nəcəbov bildirib və qeyd edib ki, təşkil olunan sonuncu lotoreya kampaniyasında 101 mükafat oynalıb:

“Bunun 98 ədədi məhsul, yəni 50 ədədi şirkətə məxsus sadə, 33 ədədi “SOEL” Parfüm tərəfindən hazırlanan özəl ətirlər, 15 nəfərə 30 AZN dəyərində istədiyi məhsulu gəlib seçmək imkanı əldə ediblər. O cümlədən 2 nəfərin hər birinə 100 manat məbləğində pul mükafatı, 1 nəfərə isə Türkiyənin İstanbul şəhərinə iki nəfərlik səyahət turu qazanmaq imkanı yaratmışıq”.

Elmir Nəcəbov artıq bu kampaniyanın yekunlaşdırıldığını qeyd edib:

“Qaliblər filial rəhbərlərimizin və Türkiyədən olan qonağımızın müşahidəsilə təsadüfi seçim vasitəsilə müəyyənləşdi. Onların hamısına SMS göndəriləcək və mükafatlarını hansı filialdan ətir almışdılarsa, oradan əldə edə biləcəklər. 100 manat və Türkiyəyə səyahət turu qazananlar isə SMS göndərilən nömrə ilə əlaqə saxlayıb mükafatlarını əldə edə bilərlər”.

Elmir bəy sonda hər kəsə uğurlar arzulayıb və kampaniyaların davam edəcəyini bildirib. O, eyni zamanda müştəri məmnuniyyətini daha öndə tutan marka olduqlarını vurğulayıb.