Ötən ay Zaqatala rayonunda həyat yoldaşını bıçaqlayan şəxs Şəkidə saxlandığı təcridxanada dünyasını dəyişib.

Minval.İnfo-un Report-a istinadən məlumatına görə, 1970-ci il təvəllüdlü Zaqatala şəhər sakini Hüseynov Rəşid Çingiz oğlunun ürək tutmasından öldüyü ehtimal edilir.

Yerli sakinlərin sözlərinə görə, R.Hüseynov bir müddət idi ki, ürək və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi və ürəyindən əməliyyat da olunmuşdu. O, uzun müddət müxtəlif müəssisələrdə mühasib vəzifəsində çalışıb.

Dünyasını dəyişən 48 yaşlı Rəşid Hüseynov 1 iyul 2018-ci il tarixdə axşam saatlarında həyat yoldaşı Hüseynova Kəmalə İlham qızını Zaqatala şəhərində işlədiyi kafedə bıçaqlayıb. Hadisədən sonra xəsarət alan Kəmalə Hüseynova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb.