Lənkəranda fəaliyyət göstərən kafelərin birində xoşagəlməz hal yaşanıb.

Minval.info xəbər verir ki, şəhərin “Qardaşlar” kafesindəki xidmət müştəriləri özündən çıxarıb. Belə ki, sifarişlər təxminən bir saata masaya gətirilib. Yeməyin yanında verilən çörəyin içərisindən isə xırda yumrulanmış şəkildə xəmirlər çıxıb. Bu barədə şəhər sakini Fərman Hüseynli məlumat verib. Ofisiant onun qarşısına bu cür çörək gətirib.

Masaların digərində iki hərbçi əyləşib. Onlar da sifarişlərinin gəlməsini bir saata yaxın gözləyib. Buna əsəbləşən hərbçilər yemək gəldikdən sonra qeyri-adi hərəkəti ilə kafeni bir növ cəzalandırıb.

Onlar sifarişlər masaya gətirilən kimi dərhal oranı tərk ediblər.

Yerli sakinlərdən bir neçə nəfər həmin kafedəki sözügedən vəziyyətin şahidi olublar.

Minval.info