Aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak edəcək növbəti namizədin adı bəlli olub.

Minval.İnfo “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həmin şəxs Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.

Bu barədə qərar partiyanın bu gün keçirilən iclasında verilib. Artıq Q. Hüseynquliyevin sənədləri MSK-ya təqdim olunub.

Xatırladaq ki, bu günə kimi 11 namizəd seçkidə iştirakını irəli sürüb.