Şəmkir rayonunda baş vermiş qəzada xəsarət alan qadın vəfat edib.

Minval.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 23-də saat 13 radələrində Şəmkir rayonu ərazisində şəhər sakinləri İkram Məmmədovun idarə etdiyi “Pejo” və Maarif Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə M.Məmmədova və İ.Məmmədovun sərnişini, arvadı Xanım Məmmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. X.Məmmədova noyabrın 28-də yaşadığı evdə ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.