Ä°lgili resim

“CBC Sport” telekanalı 4 mühüm yarışın teleyayım hüququna yiyələnib.

Minval.info-nun məlumatına görə, dünyanın bir nömrəli klub turniri olan UEFA Çempionlar Liqasını Azərbaycanda bu mövsümdən yalnız “CBC Sport” yayımlayacaq.

Bundan başqa, telekanalda avqustun 15-də Estoniyanın paytaxtı Tallində İspaniyanın “Real Madrid” və “Atletiko” komandaları arasında keçiriləcək UEFA Super Kuboku uğrunda görüşü də tamaşaçılara nümayiş olunacaq. Müqavilə 2018-2019 mövsümündən qüvvəyə minəcək.

“Bütün dünyada böyük maraqla izlənilən milli çempionatlardan sayılan İspaniya La-Liqasını da Azərbaycan futbolsevərlərinə bu mövsümdən biz təqdim edəcəyik” – “CBC Sport”dan bildirilib.

Qeyd edək ki, bunadək avrokubokların qrup mərhələsinin oyunları və La Liqanı “İdman Azərbaycan” yayımlayıb.

Millətlər Liqası isə yeni yarışdır və sentyabrdan start götürəcək.