Bir müddət öncə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən universitetlərə qəbul imtahanlarında bir çox abituriyent 700 bal topladı. Ancaq bu imtahanlardan sonra heç də bütün şagirdlərin üzü gülmədi.

İmtahanlarda aşağı nəticə göstərməyin bir neçə səbəbi ola bilər. Ekspertlərin fikirlərinə görə, uşaqlar üzərindəki təzyiq uğursuzluğun “açarıdır”. Valideynlər öz övladlarına çox basqı edirlər. Həmçinin, təbiət etibarı ilə həyəcanlı, panikaya tez düşən abituriyentlər də qəbul imtahanında özlərini itirib, tələbləri doğrultmaya bilərlər.

Azərbaycan universitetlərinə qəbul olmaqda çətinlik çəkən və yaxud xarici ölkələrdə yerləşən ali təhsil müəssisələrinin yaratdığı imkanlardan yararlanmaq istəyən şagirdlər üçün isə hazırda geniş imkanlar var.

Otomatik alternatif metin yok.

Xaricdə təhsil almış tələbələr bu təcrübəni hər kəsin yaşamalı olduğunu düşünürlər. Xaricdə təhsil almış tələbələrdən biri Bahar Əsgərova bildirib ki, bizim universitetlərdə təcrübəyə önəm vermirlər, tələbələrin praktik cəhətdən biliklərə yiyələnməsinə imkanlar çox azdır.

Bəzən isə valideynlər övladlarını əcnəbi ölkəyə göndərməyə çəkinir. Onlar düşünür ki, dilini mədəniyyətini bilmədikləri ölkədə övladları ciddi problemlərlə qarşılaşa bilər. Ancaq çox uzaq olmayan bir ölkədə, dilinə, mədəniyyətinə bələd olduğumuz Türkiyədə də azərbaycanlı tələbələr üçün təhsil əlçatımlıdır.

 

Study in Turkey” Tükiyədə təhsil şirkətinin Bakı ofisinin diektoru Fuad Hacıyev bildirib ki, Türkiyədə bir çox sahədə mükəmməl təhsil almaq mümkündür:

“Biz ölkədə daşıdığı ada tam uyğun fəaliyyət göstərən tək xaricdə təhsil şirkətiyik. Hazırda, Türkiyədə yerləşən bir çox universitet artıq tələbə qəbulu elan edib və indi müraciət üçün ən əlverişli vaxtdır. Türkiyədə mühəndislik, bzinesin idarəedilməsi, turizm sahəsində yaxşı təhsil almaq mümkündür, həmçinin, biz qəbul olmaq şansı bir çoxlarına az görünən tibb fakültəsinə də qəbul olmaq imkanı yaradırıq. Şəhid övladları üçün isə heç bir xidmət haqqı almadan Türkiyədə istənilən yüksəkixtisaslı ali təhsil müəssisəsində təhsil imkanı yaradırıq.

Dəniz

Minval.info