Sabirabad rayonunda iki uşaq anası evində işləyən fəhləyə qoşulub qaçıb.

Hadisə ötən ilin oktyabr ayında baş verib. Belə ki, iki uşağını ər evində qoyan qadın fəhlə ilə birlikdə Bakıya üz tutub. 3 gündən sonra tapılan qadın ərinin yanına gəlib. Lakin bu ilin aprelində Ramidə adlı qadın iki uşağını da götürərək evdən gedib.

Bu barədə həyat yoldaşının tapılması üçün Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə müraciət edən ər məlumat verib.

Verilişdən həmin kadrları sizə təqdim edirik:

GoldNews.az