Tovuz rayonunda qız toyu mərasimində bəyə quşulub məclisi tərk edən gəlindən atası imtina edib.

Minval.info bildirir ki, bu haqda jurnalist Sevinc İltifatqızı məlumat verib.

Hər iki tərəfin ailələri küsülü olduqları üçün qızın yaxınları toya gəlməyib. Məlumata görə, onun atası “mənim o adda qızım yoxdur” deyərək övladından imtina edib.

Belə ki, bəy inanclı olduğundan qız və oğlan toyunda spirtli içkinin olmasını istəməyib. Lakin qız toyu mərasimi zamanı bəy yemək masasında spirtli içkinin olduğunu görüb. O, nə özünün, nə də gələcək xanımının həmin mərasimdə iştirak etməsini istəməyib və gəlinə toydan çıxmağı təklif edib. Onlar fotosessiya bəhanəsi ilə məclisi tərk ediblər və ordan evə gediblər.

Gəlinin ailəsi bundan qəzəblənərək qızının və cehizlərinin qaytarılmasını tələb edib. Lakin araya ağsaqallar girərək məsələni həll ediblər. Bununla belə, qız evi bəyin ailəsi ilə münasibətlərə son qoyduqlarını və oğlan toyu mərasimində iştirak etməyəcəklərini bildiriblər.

Minval.info