Minval.info // Oğuzda 4 aylıq uşaq müəmmalı şəkildə ölüb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, Oğuz şəhər sakini Vüsalə Abdullayeva 4 aylıq qızı Nilayın səhhəti qəfildən pisləşdiyi üçün onu rayon Xəstəxanasına aparıb. Orada həkimlər tərəfindən uşağa dərhal tibbi yardım göstərilib, lakin vəziyyəti pis olduğu üçün komatoz vəziyyətdə təcili tibbi yardım avtomobili ilə Şəki Birləşmiş Uşaq Xəstəxanasına göndərilib. Lakin uşaq xəstəxanaya çatmamış yolda dünyasını dəyişib.

Hadisə yerinə Şəki rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları baxış keçirib, meyitin daxili və xarici müayinəsi aparılıb, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Şəki rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.