Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlmatına görə, hadisə rayonun Smada kəndində qeydə alınıb. Tarlada işləyən 23 nəfər kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.

Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir. Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası ezam olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Minval.info