Azərbaycan Mərkəzi Bankı yeni banknotu dövriyyəyə buraxacaq.

Minval.info abc.az-a istinadən bildirir ki, söhbət 200 manatlıq banknotdan gedir.

Əldə edilən məlumata görə, yeni banknot artıq gələn aydan çap ediləcək.

Qeyd edək ki, Mərkəzi Bank bir müddət əvvəl yeni 200 manatlıq banknotun tədavülə buraxılma ehtimalının nəzərdən keçirildiyi barədə məlumat vermişdi. Hazırda isə dövriyyədə olan ən yüksək dəyərli banknot 100 manatlıqdır.

Minval.info