Gəncə sakini intihar edib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhər sakini 2000-ci il təvəllüdlü Qasımov Yusif Bəhmən oğlu yaşadığı evin həyətində özünü asıb. Onun hansı səbəbdən canına qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.