Azərbaycan döyüş meydanında olmadan da düşmən hədəflərini məhv etməyə qadir olan helikopterlər əldə edib.

Minval.info xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında bildirib:

“Azərbaycan döyüş meydanında olmadan düşmən hədəflərini məhv edən helikopterlər alıb. Bu helikopterlər 10-50 km məsafədən vura bilmək imkanına malikdir”.

Onun sözlərinə görə, 26 iyunda keçiriləcək hərbi paradda ən müasir texnologiya və silahlar nümayiş olunacaq.

“Bizim nümayiş olunmayacaq silahlarımız da var. Çünki həmin silahlar hələlik sınaqdan keçirilməyib”, – deyə o əlavə edib.

Minval.info