Azərbaycanlı jurnalistlərdən ibarət heyət 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Gürcüstanın Tiflis şəhərində təşkil edilən mərasimdə iştirak edib.

Tədbir İstiqlal bəyannaməsinin imzalandığı binada baş tutub. Gürcüstanın dövlət və hökumət başçıları, baş nazir Georgi Kvirikaşvili, bir sıra siyasi fiqurlar, həmçinin Azərbaycan Milli Məclisinin deputatları və iş adamları mərasimə təşrif buyurub.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov öz çıxışı zamanı qonaqlara AXC-in tarixi haqqında məlumat verib, bundan əlavə Gürcüstan-Azərbaycan əlaqələrindən danışıb.

Qrup üzvləri Azərbaycan Xalq Cümhuriyyəti fəallarının, habelə bəzi ziyalıların yatdığı məzarlığa da ziyarət ediblər. Onlar Azərbaycan Demokratik Respublika parlamentinin sədr müavini Həsən bəy Ağayevin, ilk nazirlər şurasının sədri və daxili işlər naziri Fətəli Xan Xoyskinin, Azərbaycan dramaturgiyası və ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundovun və görkəmli şair Mirzə Şəfi Vazehin qəbri üzərində olub, Məhəmməd Əmin Rəsulzadənin simasında hamısını hörmətlə anıblar.

Fərid Özay / Minval.info

Fotolar müəllifindir